Narkoloji Mərkəzin baş direktoru vəzifəsindən azad edildi

Narkoloji Mərkəzin baş direktoru vəzifəsindən azad edildi
Öz xahişi ilə işdən çıxıb

Respublika Narkoloji Mərkəzinin baş direktoru vəzifəsindən azad olunub.

Səhiyyə Nazirliyindən BakuCity.az-a verilən məlumata görə, bu gün Səhiyyə naziri Oqtay Şirəliyev bununla bağlı əmr imzalayıb.

Nazirin əmri ilə Respublika Narkoloji Mərkəzinin baş direktoru Araz Əlihüseyn oğlu Manuçeri-Lalen öz xahişi ilə tutduğu vəzifədən azad edilib.

Səhiyyə nazirinin digər əmri ilə 1 saylı Psixiatriya Xəstəxanasının şöbə müdiri Orxan Rasim oğlu Cəfərov vəzifəsindən azad edilərək Narkoloji Mərkəzə baş direktor təyin edilib. 

BakuCity.az

Source: bakucity.az
Источник: bakucity.az